2009-cu
ildə Heydər Əliyev Fondu ingilis dilində Azərbaycan mətbəxi haqqında buklet nəşr
edib. Dünyanın ən zəngin və dadlı mətbəxlərindən olan Azərbaycan mətbəxi ölkənin
çoxəsrlik mədəniyyətinin ayrılmaz parçasıdır. Azərbaycan mətbəxi müasir Azərbaycan
Respublikası, Cənubi Azərbaycan (hazırda İranın şimal əyalətləri), İrəvan
xanlığı, Zəngəzur və Göyçə (hazırkı Ermənistan), Borçalı (Gürcüstan), Dərbənd
(Dağıstan Muxtar Respublikası) və bölgənin digər ərazilərində yaşamış əcdadlarımız
tərəfindən minilliklər boyunca formalaşdırılmışdır.
Bukletdə Azərbaycan mətbəxi haqqında ümumi məlumat verilir, müxtəlif yeməklərin, şirniyyatın, içkilərin hazırlanma texnikası, özəllikləri barədə danışılır.