Background Image
Previous Page  198 / 208 Next Page
Information
Show Menu
Previous Page 198 / 208 Next Page
Page Background

196

Həmdəm bizə

Sözləri: Məmmədəli Sail

Ol güli-rəna ola həmdəm bizə, –2

Neyləyəcək qüssə, kədər, qəm bizə. –2

Öylə sədaqətli olaq, mərd olaq. –2

Həsrət ilə qoy baxa aləm bizə. –4

Nəqərat:

Əhdə vəfa naminə dostlar yenə,

Eyləməsin mərhəmətin kəm bizə.

Daim ucaldaq vətənin şöhrətin,

Ta ki, baxanlar desin: “Əhsən!” - bizə.

Musiqi eşqiylə hərarətliyik, –2

Xoşdu dəxi zil bizə, həm bəm bizə. –2

Ta ki, səxavətli olaq, Sailə, –2

Söyləyələr dəhridə Hatəm bizə. –4

Nəqərat:

Əhdə vəfa naminə dostlar yenə,

Eyləməsin mərhəmətin kəm bizə.

Daim ucaldaq vətənin şöhrətin,

Ta ki, baxanlar desin: “Əhsən!” - bizə.

Ta ki, baxanlar desin: “Əhsən!” - bizə.

Həsrət ilə qoy baxa aləm bizə. –2