Background Image
Previous Page  203 / 208 Next Page
Information
Show Menu
Previous Page 203 / 208 Next Page
Page Background

201

Sən güllərin gözəlisən

Sözləri: Bəxtiyar Vahabzadə

Döşünə gül taxmısan,

Əkizsənmi güllə sən?

Baxdım sənə, həm gülə, yar,

Seçmədim gülü güldən.

Nəqərat:

Sən güllərin gözəli,

Yar güllərin bəzəyi.

Özü gül olan gözəl,

Dərilmiş gülü neylər?

Sən gülü iyləyirsən, yar?

Yoxsa gül səni iylər?

Nəqərat:

Qoy o, səni iyləsin,

Sən ondan da qəşəngsən.

O, dərilib, sən isə, yar,

Dərilməmiş çiçəksən.

Nəqərat: