Background Image
Previous Page  201 / 208 Next Page
Information
Show Menu
Previous Page 201 / 208 Next Page
Page Background

199

İndi burda bircə sənsən,

bir də mən

Sözləri: Ənvər Rza

Yel əsdikcə pıçıldayır Xan çinar,

Səni gördüm dilə gəldi arzular,

Anlayıram, deyiləsi sözün var, –2

De, gizlətmə, şahid olsun göy çəmən,

İndi burda bircə sənsən, bir də mən.

Utanırsan sən üzümə baxmağa,

Xırda-xırda şəbnəm qonur yarpağa.

Nə baxırsan, gah yaxına, uzağa, –2

Yarpaqlardır, yavaş-yavaş səslənən,

İndi burda bircə sənsən, bir də mən.