Background Image
Previous Page  26 / 60 Next Page
Information
Show Menu
Previous Page 26 / 60 Next Page
Page Background

24

O dövrlərdə konsertlərdə fonoqram deyilən bir şey ola bilməzdi. Bü-

tün ifalar canlı idi. Hətta respublika radiosu ilə verilən konsertlər də can-

lı ifa olunurdu. Əlibaba Məmmədovun ilk lent yazıları da məhz o illərə

təsadüf edir. Xalq artisti Əhməd Bakıxanovun təşəbbüsü, ustad Seyid

Şuşinskinin xeyir-duası ilə Əlibaba Məmmədov 1954-cü ildə respubli-

ka radiosunun musiqi fondu üçün "Bayatı-Şiraz" dəstgahı, "Hümayun"

təsnifi, "Güllü qafiyə", "Ana yurdum", "Gəl bizə, yar", "Vətənimin cəlalı"

mahnılarını lentə yazdırdı. O, muğam dəstgahlarını lap gənc yaşların-

dan mənimsəyə bilmişdi. Təsadüfi deyildir ki, görkəmli xanəndə "Rast",

"Bayatı-Şiraz", "Rahab" və "Dəşti" muğamlarını 24-30 yaşlarında lentə

yazdırmışdır.