Background Image
Previous Page  7 / 60 Next Page
Information
Show Menu
Previous Page 7 / 60 Next Page
Page Background

5

Azərbaycan Respublikasının Xalq artisti, muğam, xalq və bəstəkar mahnılarının mahir ifaçısı Əli-

baba Baləhməd oğlu Məmmədov 1930-cu il 5 fevral tarixində Bakı şəhərinin Maştağa kəndində anadan

olub. 128 və 187 nömrəli məktəblərdə, 1944-cü ildən Bakıxanov qəsəbəsindəki 1 nömrəli fabrik-zavod

məktəbində oxuyub. İki il sonra Neft Texnikumuna keçirilib və 1947-ci ildə təhsilini başa vurduqdan

sonra təyinata əsasən Türkmənistan Respublikasının Nəbitdağ mədənlərində işləməyə göndərilib.

Aşqabad şəhərində baş vermiş zəlzələdən sonra Əlibaba Məmmədov Azərbaycana qayıdıb və iste-

dadlı bir musiqiçi kimi el şənliklərində iştirak edib. Əlibaba Məmmədovun xanəndə kimi yetişməsində

Bakının və Abşeron kəndlərinin özünəməxsus muğam mühiti böyük rol oynayıb.

Əlibaba Məmmədov A. Zeynallı adına Bakı Orta İxtisas Musiqi Məktəbində ustad xanəndə Seyid

Şuşinskinin muğam sinfində təhsil alıb.

1949-cu ilin oktyabrından müsabiqə yolu ilə M. Maqomayev adına Azərbaycan Dövlət Estrada Or-

kestrində çalışıb.

1953-1978-ci illərdə Filarmoniyanın, 1978-1988-ci illərdə "Azkonsert birliyi"nin solisti olub.

1968-ci ildə M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru Niyazinin təşəbbü-

sü ilə "Hümayun" Xalq Çalğı Alətləri Ansamblını yaradıb və onun bədii rəhbəri olub.

Gənc yaşlarından muğam və xalq mahnılarının mahir ifaçısı kimi tanınan xanəndə xalq ruhunda

çoxlu mahnılar, təsniflər, rənglər, dəramədlər bəstələyib.

1963-cü ildə respublikanın Əməkdar artisti, 1989-cu ildə isə Xalq artisti fəxri adına layiq görülüb.

Müğənni bir sıra fəxri fərmanlarla, "SSRİ mədəniyyət əlaçısı" fəxri döş nişanı ilə təltif olunub.

1992-ci ildə Əliağa Vahidin əsərlərinə yazdığı mahnı və təsniflərə görə "Vahid" adına mükafata layiq

görülüb.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 4 fevral 2000-ci il tarixli fərmanı ilə Əlibaba

Məmmədov 70 illik yubileyi ərəfəsində "Şöhrət" ordeni ilə təltif edilib. 8 fevral 2010-cu ildə Azərbaycan

Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "İstiqlal" ordeni ilə təltif olunub. Azərbaycan

Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.

Əlibaba Məmmədov 3 qız və 1 oğul atasıdır, 8 nəvəsi, 14 nəticəsi var.