Background Image
Previous Page  11 / 60 Next Page
Information
Show Menu
Previous Page 11 / 60 Next Page
Page Background

Xalq artisti Əlibaba Məmmədovun adı çəkiləndə adamın qəlbində

nəğmələr, mahnılar çağlayır, nə vaxtsa onun səsi ilə yaddaşımıza köç-

müş muğamlar, təsniflər canlanır:

Səfərdəyəm, səfərimi

Vurmamışam başa hələ.

Arzularım, əməllərim

Toxunmayıb daşa hələ.

Yəqin ki, Əlibaba Məmmədovun məlahətli səsi, oxuduğu muğam-

lar, mahnılar onu illərlə dinləyən hər bir kəsin yaddaşında əks-səda

verir. Əlibaba Məmmədovun sənət yolu uzun, dolanbac, əziyyətli,

amma çox şərəfli bir yoldur.