Background Image
Previous Page  12 / 60 Next Page
Information
Show Menu
Previous Page 12 / 60 Next Page
Page Background

10

Maştağalı Baləhməd kişinin Hacıbaba və Əlibaba adlı iki oğlu,

Münəvvər və Leyla adlı iki qızı olub. Böyük oğlu Hacıbaba çox yaşama-

yıb, on beş yaşında yatalaq xəstəliyindən dünyasını dəyişib.

Əlibaba Məmmədovun atası Baləhməd kişi çox da uzun ömür sür-

məyib. 1942-ci ildə 58 yaşında vəfat edib. İkinci Dünya müharibəsinin

şiddətli illərində, yoxsulluğun, qıtlığın baş alıb getdiyi bir vaxtda ailə-

nin bütün ağırlığı anası Əşrəfxanımın üzərinə düşmüşdü.

Güzəranlarının ağır keçdiyini görən kiçikyaşlı Əlibaba bazarda

göy-göyərti sataraq ailəsinə kömək etməyə başlayır. Doğrusu, ömrünün

o çağlarında xanəndə olmaq Əlibabanın heç ağlına da gəlmirdi. Ancaq

əmisi xanəndə Güləhmədin oxuduğu muğamlara qulaq asmaqdan doy-

mazdı. O, hələ kiçik yaşlarında olarkən dövrünün görkəmli xanəndələ-

rindən Seyid Şuşinskini, İslamAbdullayevi, Zülfü Adıgözəlovu əmisigildə

çox görmüşdü. Ancaq qəlbinə xanəndə olmaq arzusu düşməmişdi.