Fevralın 26-da Ankaranın Keçiören rayonundakı Xocalı soyqırımı meydanında rayon bələdiyyəsi və Azərbaycanın Türkiyədəki səfirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun dəstəyi ilə ucaldılmış abidənin açılışı olub. Açılış mərasimində Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək, Milli Məclisin sədr müavini Ziyafət Əsgərov, deputatlar Qənirə Paşayeva, Arif Rəhimzadə...
Fevralın 23-də Təl-Əvivdəki “Şimon Peres Dünya Mərkəzi”ndə Xocalı faciəsinin 22-ci ildönümünə və 2009-cu ildə başlanmış “Xocalıya ədalət!” Beynəlxalq kampaniyasının 5 illiyinə həsr olunmuş mərasim keçirilib. Qeyd edək ki, kampaniya çərçivəsində “İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyası (“Azİz”) Heydər Əliyev Fondunun dəstəyi ilə İsrailin 10 şəhərində...
Heydər Əliyev Fondunun təşkilatçılığı və ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə fevralın 14-də Strasburqun Reyn sarayında Azərbaycanın dahi şairi Nizami Gəncəviyə həsr olunan beynəlxalq elmi konfrans keçirilib. Konfransı açan Strasburq Milli və Universitet Kitabxanasının administratoru Rober Puaro Azərbaycanın mədəniyyətlərarası dialoqa mühüm töhfə verdiyini bildirib...
İsrailin Lod şəhərində Heydər Əliyev Fondunun və şəhər bələdiyyəsinin dəstəyi ilə “İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyası (Azİz) tərəfindən “Xocalıya ədalət” adlı fotosərgi təşkil olunub. Sərgiyə əslən Azərbaycandan olan veteranlar, orta nəslin nümayəndələri, gənclər və yeniyetmələr qatılıblar. Tədbiri “Azİz” Assosiasiyasının idarə heyətinin üzvü, vəkil İlana Laytman açıb...
Heydər Əliyev Fondunun dəstəyi ilə gənc virtuoz ifaçı, 2009-cu il Montrö Beynəlxalq musiqi festivalının qalibi olmuş Əməkdar Artist İsfar Sarabski Kannda keçirilən MIDEM Beynəlxalq festivalında iştirak edib. Azərbaycanlı cazmenin solo konserti şəhərin məşhur “Majestic Bariere” otelinin “Diane” salonunda təşkil olunub. İsfar Sarabski konsertdə P.Çaykovskinin...