23 yanvar 2014
Yanvarın 23-də Davosda “Azərbaycan gecəsi” keçirilib. Gecədə Heydər Əliyev Fondunun Azərbaycanın təbliğinə həsr olunan nəşrləri qonaqlara təqdim edilib. Salonda quraşdırılan monitorlarda Azərbaycanın inkişafına, paytaxt Bakıda aparılan abadlıq-quruculuq işlərinə dair videogörüntülər nümayiş etdirilib. Tədbirdə Azərbaycan musiqisi səsləndirilib...
21 yanvar 2014
İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası (Azİz) Xayfa Universitetində İranın və İran körfəzi ölkələrinin öyrənilməsi üzrə “Ezra” mərkəzi ilə birlikdə 1990-cı il 20 Yanvar faciəsini anma gecəsi keçirib. Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunmuş gecədə İsrailin müxtəlif bölgələrində yaşayan, əslən Azərbaycandan olan sakinlər, faciə zamanı həlak olmuş Aleksandr Marxevka...
20 yanvar 2014
Heydər Əliyev Fondunun Türkiyə nümayəndəliyi Bursa şəhərindəki Uludağ Universitetində 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar konfrans təşkil edib. Tədbirdə universitetin tələbə-müəllim heyəti, Bursa şəhərinin rəhbərliyi iştirak ediblər. Heydər Əliyev Fondunun Türkiyə təmsilçisi Samir Cəfərov Sovet İttifaqının dağıldığı dövrdə öz dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda...
23 dekabr 2013
Heydər Əliyev Fondunun nəşri olan “Qarabağ həqiqətləri” bukletlər toplusu AzərTAc-ın İran nümayəndəliyi tərəfindən fars dilində çap etdirilib. Beş hissədən ibarət topluda Azərbaycanın ayrılmaz parçası olan Qarabağın tarixi, maddi və mədəni irsi, arxeoloji qazıntıları, ermənilərin bu bölgəyə köçürülməsi barədə sənədlər və faktlar, XX əsrin sonlarında Ermənistanın və dünyadakı...
10 dekabr 2013
Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə dekabrın 10-da Fransanın Miluz şəhərində müsəlman intibahının parlaq nümayəndəsi, ilk Azərbaycan şairəsi və qadın şahmatçısı Məhsəti Gəncəvinin 900 illiyinə həsr olunmuş sərgi və konsert təşkil edilib. Miluzun Tanpl San-Etyen kilsəsində təşkil olunan konsertin aparıcısı...