Fevaralın 11-də Parisdəki Azərbaycan mədəniyyəti mərkəzində Heydər Əliyev Fondunun, ölkəmizin Fransadakı səfirliyinin və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə incəsənətimizin incisi olan muğam musiqisi konserti olub. Fransa paytaxtı ictimaiyyətinin nümayəndələrinin, akkreditə olunmuş diplomatik korpusun əməkdaşlarının, diasporumuzun təmsilçilərinin və muğam həvəskarlarının...