Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva martın 18-də Qırmızı qəsəbədəki Dağ Yəhudiləri Muzeyini ziyarət edib. Muzeyin direktor müavini Naum Naftaliyev Leyla Əliyevaya bu mədəniyyət ocağı barədə məlumat verdi. Qeyd edildi ki, bura dünyada dağ yəhudilərinin ilk muzeyi sayılır. Burada dağ yəhudilərinin tarixini, adət-ənənələrini, mədəniyyətini...