Tədbirlər

1.jpg

Martın 16-da Bakının Nizami rayonunda Heydər Əliyev Fondunun Təlim-Tədris Mərkəzinin açılışı olmuşdur. Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva mərasimdə iştirak etmişdir. Uşaqlar Mehriban xanımı səmimiyyətlə, gül-çiçəklə qarşıladılar. 2005-ci ilin noyabrında inşasına başlanmış, 1500 kvadratmetr sahəsi olan üçmərtəbəli ...

2.jpg

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva martın 15-də Təhsil Nazirliyinin Bakının Nəsimi rayonundakı 268 nömrəli yardımçı məktəbində olmuşdur. Uşaqlar Mehriban xanımı səmimiyyətlə, gül-çiçəklə qarşıladılar. 1905-ci ildə inşa edilmiş bu binada məktəb 1927-ci ildən fəaliyyət göstərir...

Martın 12-də Qətər Dövlətində YUNESKO və Qətərin Təhsil Fondu tərəfindən təşkil olunmuş "Ərəb dövlətlərində savadlılıq: tərəfdaşlığın qurulması və yeni yanaşmaların təşviqi" mövzusunda regional konfrans başlanmışdır. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva konfransda iştirak etmək üçün martın ...

03.jpg

Azərbaycan Prezidenti İlham Əliyev martın 2-də Qəbələ rayonuna gəlmişdir. Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı rayon sakinləri böyük hörmət və ehtiramla, gül-çiçəklə, hərarətli alqışlarla qarşıladılar. Onların əllərində Azərbaycanın dövlət bayraqları, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin portretləri, xalqımızın ümummilli liderinin müdrik kəlamları yazılmış transparantlar var idi...

Dünya Səhiyyə Təşkilatı (DST) İcraiyyə Komitəsinin Cenevrədə keçirilən 120-ci sessiyasının yekdil qərarı ilə Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı, YUNESKO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində müstəsna xidmətlərinə görə bu beynəlxalq təşkilatın mükafatına layiq görülmüşdür...