Tədbirlər

003.jpg

Mayın 10-da Mehriban Əliyeva Nizami rayonu 1 nömrəli uşaq evinin Şüvəlan qəsəbəsində yerləşən yay düşərgəsinin açılışında iştirak edib. Nizami rayonu 1 nömrəli uşaq evinin Şüvəlan qəsəbəsində yerləşən yay düşərgəsi uzun illər idi ki, istifadəsiz qalaraq, yararsız vəziyyətə düşmüşdü. Fondun prezidenti Mehriban xanım Əliyeva ötən gəlişində buradakı vəziyyətlə yaxından tanış olaraq ...

002.jpg

Mayın 10-da Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva "Şimal DRES" yaşayış massivində 10 nömrəli bağçanın yenidənqurmadan sonra açılışında iştirak edib. "Uşaq evlərinin və internat məktəblərinin inkişafı proqramı" çərçivəsində həyata keçirilən yenidənqurma işləri ötən əsrin 40-cı illərində inşa edilmiş bu köhnə binanın əvvəlki arxitektura görkəmi saxlanılmaqla, simasını tamamilə təzələmişdir...

001.jpg

Mayın 10-da, ulu öndərimizin anadan olmasının 83-cü ildönümü günündə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva paytaxtın Əzizbəyov rayonunda bir neçə mədəniyyət və təhsil obyektinin açılışında iştirak etmişdir. Ümummilli liderimiz Heydər Əliyevin "Kitabxana millət, xalq, cəmiyyət üçün müqəddəs bir yer, mədəniyyət, bilik, zəka ...

013.jpg

Mayın 9-da Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Böyük Vətən müharibəsində həlak olan türkanlıların xatirəsinə salınmış parkda oldu. Prezident İlham Əliyev və xanımı parkda ucaldılmış abidə önünə əklil qoydular. Parkda işlər hələ davam edir. Burada idman-əyləncə mərkəzləri, mədəni istirahət guşələri də salınacaq və park türkanlıların sevimli istirahət yerinə çevriləcəkdir...

011.jpg

Mayın 9-da Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Yeni Türkan qəsəbəsindəki şəhid Nizami Sərxanov adına 256 nömrəli əsas məktəbin yeni binasının təməlqoyma mərasimində iştirak ediblər. Sakinlər dövlətimizin başçısını və xanımı Mehriban Əliyevanı böyük səmimiyyətlə salamladılar, uşaqlar əziz qonaqlara gül-çiçək təqdim etdilər...