1 noyabr 2006
Prezident İlham Əliyev noyabrın 1-də, Şəmkirə səfərinin sonunda rayonun Füzuli qəsəbəsindəki şəhid İ.Əliyev adına orta məktəbə gəlmişdir. Məktəbin pedaqoji kollektivi Prezident İlham Əliyevi və xanımını böyük hörmətlə, gül-çiçəklə qarşıladı. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ayrı-ayrı fənn kabinetlərinə, kompyuter və sinif otaqlarına baxdılar, yaradılan şəraitlə tanış oldular...
Noyabrın 1-də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan Slavyanka beynəlmiləl orta məktəbinin binasında tikinti işlərinin gedişi ilə tanış oldular. 260 yerlik məktəb binasının tikintisinə bu ilin avqustundan başlanmışdır. 30-dan çox yerli sakinin gördüyü inşaat işlərinin növbəti mərhələsi artıq başa çatmaq üzrədir...
31 oktyabr 2006
Azərbaycan Prezidenti İlham Əliyevin respublikanın qərb rayonlarına səfəri çərçivəsində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva oktyabrın 31-də Gəncədəki Həzrəti Zeynəb məscidini ziyarət etmişdir. Bu müqəddəs ziyarətgah Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yenidən qurulmuşdur...
21 oktyabr 2006
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva YUNESKO-nun 60 illiyinə həsr olunmuş "Sivilizasiyalararası dialoq" həftəsi çərçivəsində "Azərbaycan: mədəniyyətlərin və sivilizasiyaların qovuşuğunda" adı altında keçirilən Azərbaycan günü ilə bağlı tədbirdə iştirak etmək üçün Parisə gəlmişdir. Heydər Əliyev Fondunun prezidenti...
7 oktyabr 2006
Quba rayonunda səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 7-də İbrahim Şahmərdanov adına Qəçrəş kənd orta məktəbinə gəldi. Burada Prezident İlham Əliyevi və xanımını böyük hörmətlə, səmimiyyətlə qarşıladılar, onlara gül dəstəsi təqdim olundu. Məktəbin direktoru Səmayə Məhərrəmova Prezident İlham Əliyevə məlumat verdi ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan ...