17 may 2012
Mayın 17-də Bakıda, Müasir İncəsənət Muzeyində “Afrovision – Afrikadan müasir incəsənət” sərgisinin açılışı oldu. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva sərgidə iştirak ediblər. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva sərgi iştirakçılarını salamlayaraq dedi...
Mayın 10-da Bakıda Heydər Əliyev Mərkəzinin açılışı, ulu öndərin anadan olmasının 89-cu ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 8 illiyi münasibətilə təntənəli mərasim keçirilib. Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak ediblər.Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyev Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsdilər...
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mayın 9-da Zirə qəsəbəsində müasir idman kompleksinin açılışında iştirak edib. Məlumat verildi ki, kompleksin tikintisinə Heydər Əliyev Fondunun dəstəyi ilə 2011-ci ilin oktyabrında başlanmışdı. Tikinti işləri yerli və xarici mütəxəssislər tərəfindən AFFA-nın və FİFA-nın nəzarəti altında həyata keçirilib...
Mayın 9-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Şüvəlan qəsəbəsindəki 78 nömrəli körpələr evi-uşaq bağçasının əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib. Birinci xanıma məlumat verilib ki, binada yenidənqurma işlərinə Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində 2011-ci ilin fevralında başlanmışdır...
Mayın 9-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Xətai rayonundakı 3 nömrəli uşaq evinin Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən yay istirahət düşərgəsinin əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib. Birinci xanıma məlumat verildi ki, 3 nömrəli uşaq evi 1937-ci ildən fəaliyyət göstərir. Burada 3 yaşdan 18 yaşa qədər...