Tədbirlər

001.JPG

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində yenidən tikilən 99 mənzildən ibarət yeddimərtəbəli yataqxana binasının açılışında iştirak ediblər. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva binada yaradılan şəraitlə tanış oldular...

01.JPG
İyunun 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun bir hissəsində aparılan bərpa-konservasiya işləri ilə tanış olublar. UNESCO-nun Dünya Mədəni İrsi Siyahısına daxil olunan, xalqımızın qədim və zəngin tarixini sübut edən İçərişəhərdə birinci xanım Mehriban Əliyevanın...

003.JPG
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 25-də Şamaxıda Pir Ömər Sultan ziyarətgahında olublar. Heydər Əliyev Fondunun təşəbbüsü ilə burada zəruri konservasiya və bərpa işləri aparılmaqla ərazinin arxeoparka çevrilməsi planlaşdırılır. Məlumat verildi ki, Pir Ömər Sultan ziyarətgahının...

002.JPG
Heydər Əliyev Fondu tərəfindən Şamaxı şəhərində inşa edilən 2 nömrəli körpələr evi-uşaq bağçasının və rayonun Meysəri kəndində əsaslı təmir olunan körpələr evi-uşaq bağçasının mayın 25-də açılışları olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışlarda iştirak ediblər...

008.JPG
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 25-də Şamaxı şəhərində Pirsaat Baba ziyarətgahının yenidən qurulması çərçivəsində görülən işlərlə tanış olublar. Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanıma tikinti-bərpa və yenidənqurma tədbirləri barədə məlumat verdi...