26 avqust 2014
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva doğum gününü uşaqlarla birlikdə qeyd edib. Avqustun 26-da “Jumeirah Bilgah Beach Hotel”də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə uşaqlar üçün şənlik keçirilib. Tədbirdə uşaq evləri və internat məktəblərindən, Daun Sindromlu Şəxslərin Assosiasiyasından gəlmiş 400-ə yaxın uşaq iştirak edib...
26 avqust 2014
Avqustun 26-da Azərbaycan Xalça Muzeyinin yeni binasının açılış mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva muzeyin yeni binasının rəmzi açılışını bildirən lenti kəsdilər. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev muzeydə görülən işlərlə bağlı dövlətimizin başçısına...
17 avqust 2014
Heydər Əliyev Fondunun təşəbbüsü ilə son illərdə Biləsuvarda həyata keçirilən bir çox sosial yönümlü layihələrin sırasına bu il uşaq bağçalarının tikintisi də əlavə olunub. İlin əvvəlindən inşasına başlanan iki yeni uşaq bağçasının birində artıq tamlanma işləri gedir, digərinin tikintisi isə sürətlə davam etdirilir. Biləsuvar şəhərinin “Təyyarə meydanı” adlanan yaşayış massivində 100 yerlik bağçanın...
1 avqust 2014
Qəbələdə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən VI Beynəlxalq Musiqi Festivalı avqustun 1-də başa çatıb. Festivalın sonuncu musiqi axşamında Yohannesburq Filarmonik Orkestrinin “Viva opera” adlı konsert proqramı təqdim edilib. Azərbaycan Dövlət Opera və Balet Teatrının dirijoru, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin...
İyulun 23-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycanda VI Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub. Mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın festival iştirakçılarına ünvanladığı təbrik məktubu oxunub. Məktubda deyilir: “Hörmətli festival iştirakçıları. Əziz dostlar! Sizi – VI Qəbələ Beynəlxalq Musiqi Festivalının...