Oktyabrın 24-də Birləşmiş Millətlər Təşkilatı Gününü qeyd etmək üçün “Dünyanı BMT mavi rənginə boya” adlı qlobal kampaniya çərçivəsində və BMT-nin 70 illik yubileyi münasibətilə 45-dən çox ölkədə 150-dən artıq rəmzi abidə, bina, muzey, körpü və digər əlamətdar binalar Birləşmiş Millətlər Təşkilatının rəsmi rəngi olan mavi rəngdə işıqlandırılacaq...
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin dəstəyilə Azərbaycanın tanınmış ifaçısı Murad Sadıq və 13 yaşlı Gülnaz Talıbova “Belaya trost” beynəlxalq xeyriyyə festivalında iştirak ediblər. Festival Rusiyanın Əməkdar Artisti Diana Qurtskayanın “Ürəyin çağırışı ilə” zəif və ya tamamilə görməyən uşaqlara yardım fondunun təşkilatçılığı ilə keçirilir...
8 oktyabr 2015
Oktyabrın 8-də Ağdam rayonunun cəbhə zonasında yerləşən Evoğlu kəndində Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilən körpələr evi-uşaq bağçası istifadəyə verilib. İkimərtəbəli 100 çarpayılıq körpələr evində uşaqların təlim-tərbiyəsi, ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması üçün hər cür şərait yaradılıb...
7 oktyabr 2015
Heydər Əliyev Fondunun dəstəyi ilə istehsal edilmiş “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filminin Azərbaycanın Braziliyadakı səfirliyində təqdimatı keçirilib. Azərbaycanın Braziliyadakı səfirliyindən bildiriblər ki, tədbirdə çıxış edən səfir Elnur Sultanov Arzu Əliyevanın layihə rəhbəri olduğu sənədli filmin faşizm üzərində...
7 oktyabr 2015
Oktyabrın 7-də Dərbənddə Sovet İttifaqı Qəhrəmanı Şəmsulla Əliyevin adını daşıyan 4 nömrəli orta ümumtəhsil məktəbinin Heydər Əliyev Fondunun dəstəyi ilə yenidənqurmadan sonra açılışı olub. Dağıstan KİV-lərində verilən məlumata görə, tədbirə toplaşanlar qarşısında çıxış edən məktəbin direktoru Gülnaz Səmədova görülmüş işlər barədə məlumat verib...