9 sentyabr 2015
Sentyabrın 9-da Heydər Əliyev Fondunun dəstəyi və Argentinanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Müasir İncəsənət Muzeyində “Argentinadan qravürlər” adlı sərgi açılıb. Argentinalı beş rəssamın əl işlərinin nümayiş olunduğu sərgidə mədəniyyət və incəsənət xadimləri ilə yanaşı, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri də iştirak ediblər...
9 sentyabr 2015
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki 139 nömrəli orta məktəbdə aztəminatlı ailələrin uşaqlarına məktəbli formaları, çantalar və məktəb ləvazimatları təqdim olunub. Yeni tədris ili ərəfəsində sözügedən rayonda yaşayan imkansız, maddi durumu ağır olan ailələrdən orta ümumtəhsil məktəblərində təhsil alacaq 200 məktəbli bu aksiyadan faydalanıb...
8 sentyabr 2015
Sentyabrın 8-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Parisin ürəyində Azərbaycan musiqisi” adlı klassik musiqi gecəsi keçirilib. Gecədə çıxış edən Parisin 1-ci rayonunun meri Jan Fransua Löqare bir neçə gündür ki, Parisdə Azərbaycan incəsənətinin uğurla təmsil olunduğunu və səslənən əsərlərin Paris sənətsevərlərinin xatirində unudulmaz təəssürat...
8 sentyabr 2015
Sentyabrın 8-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycan Parisin ürəyində” adlı layihə çərçivəsində Parisdə “Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti” mövzusunda konfrans təşkil olunub. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva konfransda iştirak edib...
7 sentyabr 2015
Sentyabrın 7-də Füzuli rayonunun Bala Bəhmənli kəndində Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilən körpələr evi-uşaq bağçası istifadəyə verilib. İki mərtəbəli 60 çarpayılıq binada uşaqların təlim-tərbiyəsi, intellektual, fiziki və əqli inkişafı, istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması üçün hər cür şərait yaradılıb...