Aprelin 3-də Moskvadakı Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzində Heydər Əliyev Fondunun, Azərbaycanın Rusiyadakı səfirliyinin, Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan – tolerantlıq məkanı” sərgisi açılıb. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiyanın tanınmış...
1 aprel 2014
Heydər Əliyev Fondunun “Uşaq ürəyini xilas et” (Save a Child’s Heart) xeyriyyə təşkilatı ilə birgə həyata keçirəcəyi layihənin icrası ilə əlaqədar Vaşinqtonda xüsusi təqdimat mərasimi olub. Tədbiri mərasimin keçirildiyi “Beynəlxalq Bnay Brit” (B'nai B'rith International) təşkilatının vitse-prezidenti Daniel Mariaşi açıb. O, Heydər Əliyev Fondu ilə “Uşaq ürəyini xilas et” təşkilatı arasında əməkdaşlığı...
28 mart 2014
Martın 28-də Sumqayıt Şəhər İcra Hakimiyyətində şəhər ictimaiyyətinin, şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin iştirakı ilə “Şəhidlər xiyabanı” kompleksinin Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçiriləcək yenidənqurma, 20 Yanvar və Xocalı abidələrinin isə tikinti işləri layihələrinin təqdimatı olub. Abidənin memarı Vaqif Nəzərov qeyd etdi ki, bu abidə vaxtilə...
Heydər Əliyev Fondunun Türkiyə nümayəndəliyi Türkiyənin İzmir və Samsun şəhərində Novruz bayramı münasibəti ilə tədbirlər keçirib. İzmirdə təşkil olunmuş tədbirdə İzmir Universitetlərində təhsil alan Azərbaycanlı tələbələr, universitetin müəllimləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, şəhər rəsmiləri iştirak ediblər. Tədbirdə tələbələrin nümayəndəsi Cavid Əliyev...