Fəaliyyət

Heydər Əliyev Fondu ilin ən yaxşı layihəsi üzrə “İntellekt-2008” mükafatına layiq görülmüşdür. İnformasiya kommunikasiya texnologiyaları jurnalı olan ”İTMagazine”nin təsis etdiyi mükafat Heydər Əliyev Fondunun 2008-ci ildə həyata keçirdiyi  Qala Arxeologiji-Etnoqrafik Muzey Kompleksinin yaradılması layihəsinə görə verilmişdir.Xatırladaq ki, 2008-ci ilin oktyabrında...

Azərbaycanda ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsində mühüm işlər görmüş Heydər Əliyev Fondu tərəfindən “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində təkcə son iki il yarım ərzində Ağsu rayonunun Ərəbmehdibəy, Padar və Çiyni kəndlərində yeni məktəb binaları tikilib istifadəyə verilmişdir.Bu günlərdə Fondun təşəbbüsü...

004.JPG

Dekabrın 9-da Bakıda Mstislav Rastropoviç adına II Beynəlxalq musiqi festivalı açılmışdır. Dünyanın bir çox tanınmış musiqiçisinin qatılacağı festivalı Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Rastropoviç Fondu təşkil etmişdir. Bu münasibətlə dekabrın 9-da təşkil olunmuş mətbuat konfransında Rostropoviç Fondunun Prezidenti, mərhum sənətkarın qızı Olqa Rostropoviç demişdir...

Heydər Əliyev Fondu müsəlman dünyasının müqəddəs Qurban bayramı münasibətilə Əzizbəyov rayonunda xeyriyyə tədbirləri keçirmişdir. Bayram münasibətilə Əzizbəyov rayonunun bütün qəsəbələrində İkinci Dünya, Qarabağ müharibəsi veteranlarına, şəhid ailələri, tənha və kimsəsizlərə, internat evlərinə, aztəminatlı ailələrə bayram sovqatları paylanmışdır...

02.JPG

Uşaqların ailə mühitində böyüməsinə yardım məqsədi ilə Heydər Əliyev Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, “Azercell Telekom” MMC və BMT-nin Uşaq Fondu (YUNİSEF) birlikdə “Hər uşağın ailəyə ehtiyacı var!” milli məlumatlandırma kampaniyasına başlamışlar. Noyabrın 20-də “Park İNN Azərbaycan” mehmanxanasında keçirilmiş kampaniyanın açılış mərasimində Heydər Əliyev ...