Fəaliyyət

1.1.jpg

Heydər Əliyev Fondunun dəstəyi ilə bir qrup eşitmə qüsuru olan şəxs üzərində koxlear implantasiya əməliyyatının aparılmasına başlanılıb. Layihə ümumilikdə 90 nəfərədək şəxsi əhatə edəcək. Anadangəlmə və qazanılmış eşitmə qüsuru olan bu şəxslər əksəriyyəti uşaqlar olmaqla müxtəlif yaş kateqoriyalarındadır. Qeyd edək ki, koxlear implant mürəkkəb tibbi elektron qurğudur...

22.jpg
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Qurban bayramı münasibətilə aztəminatlı ailələrə qurban payları və müxtəlif ərzaq sovqatları çatdırılır. Layihə respublika üzrə 100 mindən çox aztəminatlı ailəni əhatə edir. Ətlik cins heyvanlar xüsusi ət kəsimi yerlərində kəsilərək...

003.JPG
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 25-də Şamaxıda Pir Ömər Sultan ziyarətgahında olublar. Heydər Əliyev Fondunun təşəbbüsü ilə burada zəruri konservasiya və bərpa işləri aparılmaqla ərazinin arxeoparka çevrilməsi planlaşdırılır. Məlumat verildi ki, Pir Ömər Sultan ziyarətgahının...

002.JPG
Heydər Əliyev Fondu tərəfindən Şamaxı şəhərində inşa edilən 2 nömrəli körpələr evi-uşaq bağçasının və rayonun Meysəri kəndində əsaslı təmir olunan körpələr evi-uşaq bağçasının mayın 25-də açılışları olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışlarda iştirak ediblər...

008.JPG
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 25-də Şamaxı şəhərində Pirsaat Baba ziyarətgahının yenidən qurulması çərçivəsində görülən işlərlə tanış olublar. Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanıma tikinti-bərpa və yenidənqurma tədbirləri barədə məlumat verdi...