İyulun 23-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycanda VI Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub. Mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın festival iştirakçılarına ünvanladığı təbrik məktubu oxunub. Məktubda deyilir: “Hörmətli festival iştirakçıları. Əziz dostlar! Sizi – VI Qəbələ Beynəlxalq Musiqi Festivalının...
16 iyul 2014
İyulun 16-da Heydər Əliyev Fondu və IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin birgə təşəbbüsü ilə həyata keçirilən “Ağacların kəsilməsinə yox” proqramı çərçivəsində Bakı şəhərinin Nərimanov rayonu ərazisində növbəti ağacəkmə aksiyası təşkil olunub. Aksiya zamanı ümumilikdə 20 ədəd sərv, şərq çinarı və tut ağacı əkilib...
11 iyul 2014
İyulun 11-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransanın Kann şəhərində keçirilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində gənc cazmen İsfar Sarabskinin konserti olub. Kannın Festivallar sarayında keçirilən konsertdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak edib...
İyulun 11-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransanın Kann şəhərində 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına həsr olunan yürüş olub. Kann şəhərinin məşhur Kruazet bulvarında təşkil olunan yürüşə onlarla şəhər sakini və turist qatılıb. Yürüşə qatılanlara üzərində “Bakı-2015 – ilk Avropa Oyunları” sözləri yazılmış idman formaları paylanılıb...
10 iyul 2014
İyulun 10-da Fransanın Kann şəhərində bir neçə sərgini özündə birləşdirən “Azərbaycan: ənənələrin və gələcəyin ölkəsi” sərgisinin açılış mərasimi olub. Sərgi Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində baş tutub. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə iştirak edib...