Heydər Əliyev Fondunun təşəbbüsü ilə İsmayıllı və Evian-le-Bən şəhərləri arasında imzalanmış dostluq və əməkdaşlıq xartiyası çərçivəsində Fransanın Evian şəhərində Leman gölü sahilində “Azərbaycan parkı”nın rəsmi açılışı olub. “Azərbaycan parkı”nın və parkda “Dostluq” bulağının açılışından sonra görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın heykəlinin...
Romanın “Villa Borghese” parkındakı tarixi “Casa del Cinema” kino evində keçirilən İtaliyada Birinci Azərbaycan Film Festivalı iyunun 24-də başa çatıb. Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, İtaliyadakı səfirliyimizin, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC), “Casa del Cinema” kino evinin, İtaliya-Azərbaycan Ticarət Palatasının...
22 iyun 2017
Nəsimi rayonunda aztəminatlı ailələrlə görüş keçirilib və Heydər Əliyev Fondu tərəfindən bayram sovqatları paylanılıb. Heydər Əliyev Fondunun dəstəyi, Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ramazan bayramı ərəfəsində keçirilən tədbirdə, ilk növbədə, yardıma ehtiyacı olanlara – şəhid ailələrinə, əlillərə, müharibə veteranlarına, rayonda məskunlaşmış məcburi köçkünlərə...
13 iyun 2017
Heydər Əliyev Fondu tərəfindən Pakistanın Abbotabad bölgəsinin bir sıra kəndlərində Ramazan ayı ilə əlaqədar bayram sovqatları təqdim olunub. Bu aksiya bölgənin dörd yüzdən çox yoxsul ailəsini əhatə edib. Pakistanın Milli Assambleya sədrinin müavini Murtuza Cavid Abbasinin, Assambleyanın bir sıra deputatlarının, ziyalıların, ictimai-siyasi xadimlərin iştirakı ilə keçirilən tədbirdə...
12 iyun 2017
Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında Azərbaycan Televiziyasının təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə “Muğam televiziya müsabiqəsi-2017” yekunlaşıb. Üç ay müddətində gənc xanəndələr birincilik uğrunda mübarizə aparıblar. İyunun 12-də Heydər Əliyev Mərkəzində müsabiqənin final mərhələsi keçirilib...