22 sentyabr 2014
Sentyabrın 22-də İsmayıllı rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunmuş körpələr evi-uşaq bağçasının açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib. 120 yerlik körpələr evi-uşaq bağçasının ümumi ərazisi 520 kvadratmetrdir. O, ən müasir tələblər səviyyəsində inşa olunub...
22 sentyabr 2014
Parisdə Heydər Əliyev Fondu tərəfindən təşkil olunmuş “Azərbaycan şəhərciyi” çərçivəsində tədbirlər davam edir. Sentyabrın 22-də “Real” instrumental ansamblı şəhər sakinləri və qonaqlar qarşısında konsert proqramı ilə çıxış edib. Əməkdar Artist, gənc skripka ustası Səlim Abbasovun rəhbərlik etdiyi ansamblın üzvləri Anar Abbasov, Xəyal Abbasov və Ramil Əsədov...
Parisin San-Sülpis meydanında Heydər Əliyev Fondu tərəfindən təşkil edilmiş “Azərbaycan şəhərciyi” çərçivəsində Azərbaycan incəsənət ustaları konsert proqramları ilə çıxış edirlər. 10 gün davam edəcək “şəhərciy”in 3-cü günü Azərbaycanın Əməkdar Artisti Natiq Şirinovun rəhbərlik etdiyi “Natiq ritm qrupu” fransalı tamaşaçılar qarşısında çıxış edib...
20 sentyabr 2014
Parisin San-Sülpis meydanında Heydər Əliyev Fondu tərəfindən təşkil edilmiş “Azərbaycan şəhərciyi” çərçivəsində sentyabrın 20-də Azərbaycan Dövlət rəqs ansamblının konserti olub. Konsertdən əvvəl tamaşaçılara Azərbaycan haqqında məlumat verilib, onun qədim tarixə, zəngin mədəniyyətə və musiqi ənənələrinə malik ölkə olduğu vurğulanıb...
19 sentyabr 2014
Sentyabrın 19-da Parisin San-Sülpis meydanında Heydər Əliyev Fondu tərəfindən “Azərbaycan şəhərciyi” təşkil olunub. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə iştirak edib. “Azərbaycan şəhərciyi” ölkəmizin tarixi və mədəniyyəti, o cümlədən turizm imkanlarının tərənnümünə həsr olunan...