Fəaliyyət

IMG-20201114-WA0000.jpg
Heydər Əliyev Fondu Müqəddəs Pyotr Kilsəsinin Bazilikasındakı “Roma Papası I Leon ilə Hun imperatoru Atillanın görüşü” barelyefinin bərpası işlərini başa çatdırıb. Layihə 2019-cu ilin fevral ayında Fond ilə Müqəddəs Pyotr Kilsəsi arasında imzalanmış müqaviləyə əsasən həyata keçirilib. Xatırladaq ki, bu il fevralın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev...

02_QABALA-NİJ-ALBAN MABADI-YENİDANQURMA.jpg
Noyabrın 7-də Qəbələnin Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana Alban kilsəsinin bərpadan sonra açılışı olub. Müqəddəs Məryəm Ana Alban kilsəsi “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə bərpa edilib. Bu, Nic qəsəbəsində Heydər Əliyev Fondunun təmir etdirdiyi ikinci kilsədir...


03.JPG
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva sentyabrın 22-də Bakının Xəzər rayonunun Şağan qəsəbəsində yerləşən 212 saylı uşaq bağçasının yeni binasının açılışında iştirak edib. Birinci vitse-prezident Mehriban Əliyevaya yeni tikilən bina barədə məlumat verildi...

01.JPG
Sentyabrın 22-də Bakının Suraxanı rayonunun Bülbülə qəsəbəsindəki Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin yeni binası istifadəyə verilib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tədbirdə iştirak edib. Birinci vitse-prezident Mehriban Əliyevaya məlumat verildi ki...

3.jpg

2020-2021-ci tədris ilində Heydər Əliyev Fondunun dəstəyi ilə respublikanın müxtəlif bölgələrində yeni inşa və əsaslı təmir olunan məktəb, eləcə də məktəbəqədər təhsil müəssisələri istifadəyə verilir. Xaçmaz, Saatlı, Kürdəmir, Şamaxı, Lerik, Astara və Masallı rayonlarında yeni istifadəyə verilən məktəb və məktəbəqədər təhsil müəssisələri ilə tanışlıq olub...