Oktyabrın 9-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının Nərimanov rayonunda sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli respublika xüsusi internat məktəbində yaradılmış şəraitlə tanış olub. 1961-ci ildәn fәaliyyәt göstәrәn bu təhsil ocağı 2006-cı ildә Heydәr Әliyev Fondunun tәşәbbüsü ilә yenidәn qurulub...
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və IV Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, Rusiyada uşaqlara yardım praktiki cərrahiyə tibbi mərkəzinin direktoru akademik Andrey Pritıko Talassemiya Mərkəzində olublar. Mərkəzdə bu ilin may ayında Azərbaycanda ilk dəfə olaraq üç pasiyent üzərində sümük iliyinin transplantasiyası...
Oktyabrın 3-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva Bakının Yasamal rayonunda yeni inşa edilmiş körpələr evi-uşaq bağçasının açılış mərasimində iştirak ediblər. Mehriban Əliyeva və Leyla Əliyeva körpələr evi-uşaq bağçasında yaradılmış şəraitlə tanış olublar...
29 sentyabr 2014
Sentyabrın 29-da Rusiyanın Həştərxan şəhərində ümummilli lider Heydər Əliyevin adını daşıyan 11 nömrəli orta məktəbin nəzdində Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş “Dostluq” uşaq bağçasının açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib. Tədbirdə Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin çıxış edib...
28 sentyabr 2014
Sentyabrın 28-də Afinada 2015-ci ildə Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarının təqdimatı olub. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Afinadakı “Akropol” muzeyində keçirilən mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak edib. Tədbirə Yunanıstan parlamentinin sədri, Baş nazirin müavini...