3 sentyabr 2015
Sentyabrın 3-də Luvr muzeyinin qarşısındakı məşhur “Pale Royal” meydanında “Azərbaycan şəhərciyi”nin rəsmi açılışı olub. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak ediblər. “Azərbaycan şəhərciyi” Parisdə artıq ikinci dəfədir fəaliyyətə başlayır...
3 sentyabr 2015
Sentyabrın 3-də Parisdə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dünya şöhrətli fotoqraf Reza Deqatinin “Azərbaycan tolerantlıq ölkəsi” adlı fotosərgisi açılıb. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılış mərasimində iştirak ediblər...
2 sentyabr 2015
Heydər Əliyev Fondunun həyata keçirdiyi “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində Balakən şəhərində inşa edilən 100 yerlik uşaq bağçasının tikintisi başa çatıb. İki mərtəbəli binanın tikintisinə cari ilin martında başlanılıb. Milli memarlıq üslubunda tikilən binada yataq, məşğələ və oyun otaqları, musiqi zalı, mətbəx, yeməkxana yerləşir...
Avqustun 26-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə Nizami rayonundakı 1, Xətai rayonundakı 3, Suraxanı rayonundakı 2 nömrəli uşaq evlərinin və Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzinin 200-dək sakini üçün şənlik təşkil olunub. Xüsusi avtobuslarla gətirilən uşaqları nağıl qəhrəmanları qarşılayıblar. Uşaqlar müxtəlif oyunlar oynayıb...
11 avqust 2015
Avqustun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəlilabadda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş körpələr evi-uşaq bağçasının açılışında iştirak edib. Binanın inşasına Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində 2014-cü ilin sonunda başlanılıb. Ümumi sahəsi 1500 kvadratmetr...