Fəaliyyət

IMG_1867.jpg

İyulun 16-da Heydər Əliyev Fondu və IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin birgə təşəbbüsü ilə həyata keçirilən “Ağacların kəsilməsinə yox” proqramı çərçivəsində Bakı şəhərinin Nərimanov rayonu ərazisində növbəti ağacəkmə aksiyası təşkil olunub. Aksiya zamanı ümumilikdə 20 ədəd sərv, şərq çinarı və tut ağacı əkilib...

010.JPG

İyulun 11-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransanın Kann şəhərində keçirilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində gənc cazmen İsfar Sarabskinin konserti olub. Kannın Festivallar sarayında keçirilən konsertdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak edib...

1405083183.JPG

İyulun 11-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransanın Kann şəhərində 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına həsr olunan yürüş olub. Kann şəhərinin məşhur Kruazet bulvarında təşkil olunan yürüşə onlarla şəhər sakini və turist qatılıb. Yürüşə qatılanlara üzərində “Bakı-2015 – ilk Avropa Oyunları” sözləri yazılmış idman formaları paylanılıb...

19.jpg

İyulun 10-da Fransanın Kann şəhərində bir neçə sərgini özündə birləşdirən “Azərbaycan: ənənələrin və gələcəyin ölkəsi” sərgisinin açılış mərasimi olub. Sərgi Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində baş tutub. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə iştirak edib...

1404950202.JPG

İyulun 9-da Fransanın Kann şəhərində “Azərbaycan mədəniyyəti günləri” çərçivəsində “Bakı - Avropa Oyunları - 2015”in təntənəli təqdimatı olub. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Avropa oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva mərasimdə iştirak edib. Tədbirin aparıcısı mərasim iştirakçılarına Azərbaycan...