Fəaliyyət

Lənkəran şəhərindəki Osman Mirzəyev adına qarışıqtipli uşaq evində valideyn himayəsindən məhrum olan uşaqlar üçün Heydər Əliyev Fondunun təşəbbüsü ilə bayram şənliyi keçirilmişdir.Şəhərdəki sağlamlıq imkanları məhdud olan uşaqların xüsusi internat məktəbinin və ərazidə yerləşən məktəbəqədər tərbiyə müəssisələrinin uşaqlarının da iştirak etdikləri mərasimdə balacalar...

01.JPG
Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Müasir İncəsənət Muzeyi və “Qız qalası” incəsənət qalereyasının təşkilatçılığı ilə İçərişəhərdə keçirilən “Qız qalası” Beynəlxalq İncəsənət Festivalına mayın 29-da yekun vurulmuşdur. Üç gün ərzində 17 ölkədən 20-dən çox tanınmış rəssam qalanın kiçik...

02.JPG
Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Müasir İncəsənət Muzeyi və “Qız Qalası” incəsənət qalereyasının təşkilatçılığı ilə mayın 26-da “Qız Qalası” Beynəlxalq İncəsənət Festivalının açılışı olub. Festival Azərbaycanın ən qədim abidələrindən olan Qız Qalasının daha geniş tanınması və populyarlaşdırılması...

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları Böyük Vətən Müharibəsində Qələbənin 65-ci ildönümü münasibətilə Moskvada yaşayan azərbaycanlı veteranları evlərində təbrik etmişlər. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın adından veteranlara hədiyyələr, habelə Fondun dəstəyi ilə nəşr olunmuş...

Rusiyanın şimal paytaxtındakı tarixi binaların birində - Sankt-Peterburq Qanunverici Məclisinin yerləşdiyi Mariinsk sarayının böyük salonunda Naxçıvan Muxtar Respublikasının yaradılmasının 85 illiyinə həsr edilmiş “Rusiya-Azərbaycan münasibətləri: keçmişi, bu günü, gələcəyi” mövzusunda konfrans keçirilmişdir. Ulu öndər Heydər Əliyevin ad günü ilə bir vaxta düşən bu tədbir...