Yanvarın 25-də Salyan rayonunun Ərəbqardaşbəyli kənd tam orta məktəbinin Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan yeni binasının açılışı olub. Açılış mərasimində Heydər Əliyev Fondunun nümayəndələri, rayon icra hakimiyyətinin rəhbərliyi, təhsil şöbəsinin əməkdaşları, ictimaiyyət nümayəndələri, “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri...