26 aprel 2005
Azərbaycan Prezidenti İlham Əliyevin Şamaxıya səfər proqramı çərçivəsində dövlət başçısının xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva şəhərdəki internat məktəblərində olmuşdur.Əvvəlcə Şamaxı şəhər orta internat məktəbinə gələn Mehriban xanım Əliyeva valideyn himayəsindən məhrum olan uşaqlarla görüşdü...
Aprelin 8-də "Gülüstan" sarayında YUNESKO-nun xoşməramlı səfiri, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti Mehriban xanım Əliyevanın "Azərbaycan muğamları" layihəsi çərçivəsində "Qarabağ xanəndələri" albomunun təqdimatı keçirilmişdir. YUNESKO-nun xoşməramlı səfiri MEHRIBAN ƏLIYEVA mərasimi açaraq dedi...
Heydər Əliyev Fondunun Azərbaycan muğam sənətinin inkişafı və qorunması istiqamətində tədbirlərindən biri "Azərbaycan muğamları" layihəsi çərçivəsində "Qarabağ xanəndələri" musiqi albomunun nəfis şəkildə nəşr olunması və "Gülüstan" sarayında təqdimat mərasiminin keçirilməsidir...
Heydər Əliyev Fondunun nümayəndələri Novruz bayramı münasibətilə növbəti dəfə bir sıra internat evlərində və məktəblərində olmuş, Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın adından uşaqlara hədiyyələr paylamışlar. Üzərində "Heydər Əliyev Fondundan" sözləri yazılmış xonçalar uşaqların bayram sevincini qat-qat artırmışdır...
Martın 20-də Heydər Əliyev Fondunun nümayəndələri Novruz bayramı münasibətilə Bakının Buzovna və Şüvəlan qəsəbələrindəki bir sıra internat evlərində və məktəblərində olmuş, Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın adından uşaqlara hədiyyələr paylamışlar.Üzərində "Heydər Əliyev Fondundan" sözləri yazılmış xonçalar uşaqların bayram sevincini qat-qat artırmışdır...