11 may 2014
Mayın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Azərbaycanda rəsmi səfərdə olan Fransa Prezidenti Fransua Olland Bakı Fransız Liseyində aparılan tikinti işləri ilə tanış olublar. 320 yerlik lisey binasının tikintisi üzrə işlərin mühüm hissəsi artıq başa çatıb və qalan işlərin də bu ilin sentyabrına qədər yekunlaşdırılması nəzərdə tutulur...
18 aprel 2014
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Səbail rayonunun Badamdar qəsəbəsində növbəti uşaq bağçasının əsaslı təmiri və yenidən qurulması işləri həyata keçiriləcək. Bununla əlaqədar yeni, müasir üslubda layihə sənədləri hazırlanıb. Hazırda 110 uşağın tərbiyə aldığı, ümumi ərazisi 3500 kvadratmetr olan körpələr evi-uşaq bağçası 3 korpus və 1 musiqi zalından ibarətdir...
15 aprel 2014
Həştərxan şəhərindəki Heydər Əliyev adına məktəbdə təhsildə və idmanda fərqlənmiş 10 şagirdə və ən yaxşı 5 müəllimə Heydər Əliyev Fondunun həvəsləndirici mükafatlarının təntənəli təqdimat mərasimi keçirilib. Mərasimdə Bakı şəhərinin Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşid Ağayev, Ümumrusiya Azərbaycanlılar Konqresinin Həştərxan regional...
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Füzuli rayonunun Bala Bəhmənli kəndində 60 yerlik uşaq bağçası üçün inşa olunacaq yeni binanın təməlinin qoyulması mərasimi keçirilib. Yeni uşaq bağçasında qruplar üçün məşğələ və yataq otaqları, həmçinin musiqi, həkim və digər otaqlar yaradılacaqdır. Uşaq bağçasının cari ildə istifadəyə verilməsi nəzərdə tutulur. Qeyd edək ki, Heydər Əliyev Fondunun...
28 fevral 2014
Heydər Əliyev Fondunun dəstəyi ilə Buxarestdə yaradılmış, Rumın-Amerikan Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Araşdırmalar Mərkəzində fevralın 28-də Azərbaycan dili və ədəbiyyatı fənlərinin tədrisinə başlanılıb. Açılış mərasimində Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin əməkdaşları, Rumın-Amerikan Universitetinin rəhbər və müəllim heyəti...