Xəbərlər

15.jpg

İyunun 15-də Azərbaycanın birinci xanımı, Heyər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Afinada “ELPIDA” xərçəng xəstəliyinə tutulan uşaqların Dostluq Assosiasiyası ilə tanış olub. Mehriban Əliyeva burada müalicə olunan uşaqlar və onların valideynləri ilə görüşüb. “ELPIDA” Dostluq Assosiasiyası 1990-cı ildə yaradılıb. Yunan cəmiyyətində böyük nüfuz qazanan...

Heydər Əliyev Fondu və Səhiyyə Nazirliyinin dəstəyi ilə Mərkəzi Neftçilər Xəstəxanasında aztəminatlı ailələrin anadangəlmə ürək qüsuru olan uşaqları üçün pulsuz aksiya keçirilib.Bir həftə davam edən aksiyada anadangəlmə ürək qüsurundan əziyyət çəkən uşaqlar pulsuz müayinə, müalicə və əməliyyat olunublar. Xəstəxananın Ürək-Damar Xəstəlikləri Mərkəzinin rəhbəri Rəşad Mahmudov...

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Badamdar qəsəbəsində daha bir uşaq bağçasının əsaslı təmiri və yenidən qurulması işləri həyata keçiriləcək. Artıq bununla əlaqədar layihə sənədləri hazırlanıb. Hazırda 110 uşağın tərbiyə aldığı, ümumi ərazisi 3500 kvadratmetr olan körpələr evi-uşaq bağçası 3 korpusdan və musiqi zalından ibarətdir. Qəsəbədə məktəbəqədər təhsil müəssisələrinə...

Heydər Əliyev Fondunun təşəbbüsü ilə məşhur rusiyalı yazıçı-tədqiqatçı Rudolf İvanov görkəmli dövlət xadimi Nəriman Nərimanovun oğlu Nəcəf Nərimanov haqqında tədqiqat əsəri yazacaq. Hazırda müəllif bu məqsədlə materiallar toplayır. Bu işdə müəllifə Nəriman Nərimanovun ev-muzeyi də yardım edir. Artıq muzey tərəfindən görkəmli siyasətçi və dövlət xadiminin “Oğluma bitməmiş məktub”...

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ağsu şəhərində 100 yerlik uşaq bağçası-körpələr evi inşa olunur. 0,3 hektar ərazidə tikilən ikimərtəbəli uşaq bağçası-körpələr evi müasir memarlıq üslubunda olacaq. Burada 5 qrup üçün nəzərdə tutulan yataq, idman, musiqi, əyləncə, həkim otaqları, yeməkxana yaradılacaq. Tikintisi yerli inşaatçılar tərəfindən aparılan uşaq bağçası-körpələr...