Mayın 30-da “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda ənənəvi “Qala festivalı” və “Tullantıdan sənətə” beynəlxalq sərgisinin açılış mərasimi keçiriləcək. Həmin gün Qala Tarix-Etnoqrafiya Qoruğunun ərazisində keçiriləcək festivala respublika üzrə orta ümumtəhsil və internat məktəblərindən, uşaq evlərindən, qaçqın və məcburi köçkün ailələrindən 3000-dək uşaq iştirak edəcək...
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Samux rayon mərkəzində iki yeni bağçanın inşasına başlanılıb. Hər biri 100 yerlik olan ikimərtəbəli bağçalarda bütün yaş qrupundan olan körpələrin qidalanması, təlim-tərbiyəsi, rahat dincəlməsi və əylənməsi üçün hər cür şərait yaradılacaq. Bağça binalarının cari ilin sonuna kimi istifadəyə verilməsi nəzərdə tutulur...
Heydər Əliyev Fondunun, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) və BMT-nin Əhali Fondunun birgə layihəsi çərçivəsində həyata keçirilən “Azərbaycan ailəsi” altıncı film festivalı başa çatıb. Mayın 22-də Nizami Kino Mərkəzində festivalın bağlanış mərasimi keçirilib. Tədbirdə çıxış edənlər festival haqqında məlumat verib, festivalın...
21 may 2014
Mayın 21-də Qazax rayonundakı Müalicə Diaqnostika Mərkəzində Heydər Əliyev Fondunun təşəbbüsü və Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində qanvermə aksiyası keçirilib. Aksiya çərçivəsində 170-dən çox rayon sakini könüllü olaraq qan verib. Toplanmış qan müayinədən olunduqdan...