Xəbərlər

005.JPG

Mərakeş Krallığının mədəniyyət naziri Binsəlim Himmiş Azərbaycana səfəri çərçivəsində noyabrın 12-də Heydər Əliyev Fondunda olmuşdur. Qonağa Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə yaradılmış Fondun məqsədi və fəaliyyəti barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, Fond ümummilli lider Heydər Əliyevin zəngin irsini öyrənir və təbliğ edir, müxtəlif sosial–iqtisadi ...

“Baku” jurnalı və onun ingilisdilli versiyası Azərbaycan mədəniyyətinin daha geniş coğrafiyada tanıdılması işinin mühüm tərkib hissəsidir. Heydər Əliyev Fondunun icraçı direktoru, populyar “Baku” jurnalının ingilisdilli versiyasının Moskvada təqdimat mərasimində iştirak etmiş Anar Ələkbərov bu fikri AzərTAc-a müsahibədə söyləmişdir...

Moskvadakı Ostojenka küçəsində yerləşən “Multmedia Art Muzey”də populyar “Baku” jurnalının ingilisdilli “Baku İnternational” versiyasının birinci nömrəsinin təqdimatı keçirilmişdir. Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku” jurnalının baş redaktoru Leyla xanım Əliyeva mərasimdə iştirak etmişdir...

02_MACARISTAN PREZIDENTI-RASMI SAFAR-HEYDAR ALIYEV FONDU.JPG

Noyabrın 11-də Azərbaycan Respublikasında rəsmi səfərdə olan Macarıstan Respublikasının Prezidenti Pal Şmitt Heydər Əliyev Fondunu ziyarət etmişdir. Macarıstanın dövlət başçısını Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva qarşıladılar. Prezident İlham Əliyev ali qonağa Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə yaradılmış Fondun məqsədi və fəaliyyəti barədə məlumat verdi...

Heydər Əliyev Fondunun RF nümayəndəliyi Rusiya Müftiləri Şurası (RMŞ) ilə birlikdə müqəddəs Qurban bayramı münasibətilə xeyriyyə tədbiri keçirmişdir. Artıq xoş ənənə halını almış xeyriyyə aksiyasını Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın tapşırığı ilə Fondun əməkdaşları və RMŞ-nin sosial-xeyriyyə və dini-maarifləndirmə departamentinin...