24 sentyabr 2010
Heydər Əliyev Fondunun dəstəyi ilə Gürcüstanda təmir edilmiş üç Azərbaycan məktəbinin açılış mərasimi olmuşdur. Fondun “Təhsilə dəstək” layihəsi çərçivəsində Tbilisidəki M.F.Axundzadə adına 73 nömrəli orta məktəb, Qardabanidəkı 3 nömrəli Azərbaycan məktəbi və Dmanisidəki 2 nömrəli Azərbaycan beynəlxalq orta məktəbi əsaslı təmirdən sonra məktəblilərin ixtiyarına verilmişdir...
Sentyabrın 24-də Lerik Rayon Mərkəzi Xəstəxanasında Heydər Əliyev Fondunun təşəbbüsü ilə qanvermə aksiyası keçirilmişdir. Rayonda ilk dəfə keçirilən humanitar tədbirin birinci günü Bahadur Eyvazov adına Hematologiya və Transfiziologiya İnstitutunun 5 əməkdaşından ibarət həkim briqadası 300 nəfərdən qan götürmüşdür...
24 sentyabr 2010
Heydər Əliyev Fondunun dəstəyi ilə şəkərli diabet xəstəliyindən əziyyət çəkən uşaqlarla bağlı növbəti layihəyə start verilmişdir. Heydər Əliyev Fondunun və “Sanofi-aventis” şirkətinin birgə layihəsi çərçivəsində aztəminatlı ailələrdən seçilən I tip şəkərli diabeti olan 18 yaşınadək 200 pasiyentə sentyabrın 24-də iki min şpris-qələmdən ibarət 400 qutu Apidra insulin preparatı təqdim olunmuşdur...
20 sentyabr 2010
Türkdilli Ölkələrin Parlament Assambleyasına (TürkPA) üzv dövlətlərin parlament aparatlarının rəhbərləri sentyabrın 20-də Heydər Əliyev Fondu ilə tanış olmuşlar. Qonaqlara Fondun fəaliyyəti haqqında ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, Fond ulu öndər Heydər Əliyevin zəngin irsini öyrənir və təbliğ edir. Müxtəlif sosial–iqtisadi, mədəni layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin ...
17 sentyabr 2010
Heydər Əliyev Fondunun dəstəyi ilə “WORLDMED” klinikasında həyata keçirilən humanitar aksiya həftəsi başa çatmışdır. Sayca üçüncü olan bu xeyriyyə həftəsində 43 uşaq üzərində cərrahiyyə əməliyyatı aparılmışdır. Artıq ikinci ildir ki, bu klinikada aztəminatlı ailələrdən olan “dovşandodaq” və “qurd ağzı” diaqnozlu uşaqlar üzərində bərpa əməliyyatları keçirilir.