Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva martın 3-də YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Hervordla görüşmüşdür.Qonağı Fondda salamlayan Azərbaycanın birinci xanımı YUNİSEF-in ölkəmizdəki fəaliyyətini dəstəklədiyini bildirmişdir...
Azərbaycan Dövlət Teleqraf Agentliyinin - AzərTAc-ın 90 illik yubiley mərasimində və MDB Milli İnformasiya Agentlikləri Rəhbərləri Şurasının XI iclasında iştirak edən nümayəndə heyətləri martın 2-də Heydər Əliyev Fondunda olmuşlar.Burada qonaqlara xalqımızın ümummilli liderinin adını daşıyan Fondun yaranması, çoxşaxəli fəaliyyəti barədə ətraflı məlumat verilmişdir...
Şəhərin ümummilli lider Heydər Əliyevin adını daşıyan meydanında yüksək memarlıq üslübünda Heydər Əliyev Mərkəzi tikilmişdir. Mərkəz Heydər Əliyev Fondu tərəfindən nəfis tərtib olunmuş, müasir texnologiyalarla təchiz edilmişdir. Burada tədbirlər keçirmək üçün konfrans zalı, internet otağı və kitabxana fondu yaradılmışdır...
Fevralın 27-də Prezident İlham Əliyev Qəbələdə uşaq bağçasının açılışında iştirak etmişdir. Dövlətimizin başçısı açılışı bildirən lenti kəsdi və uşaq bağçası ilə yaxından tanış oldu. Bağçada ulu öndər Heydər Əliyevin uşaqlara diqqət və qayğısını əks etdirən fotoguşə yaradılmışdır . Məlumat verildi ki, gənc nəslin təhsili və sağlamlığının qorunması Heydər Əliyev Fondunun fəaliyyətinin prioritet istiqamətlərindən biridir...
26 fevral 2010
Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyi və Azərbaycan Respublikasının bu ölkədəki səfirliyi tərəfindən Xocalı faciəsinin 18-ci ildönümü ilə bağlı anma mərasimi keçirilmişdir. Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur. Səfirlikdən bildirmişlər ki, səfir Eldar Həsənov Xocalı faciəsinin Azərbaycan tarixinin unudulmaz və qanlı səhifələrindən olduğunu vurğulamış ...