Heydər Əliyev Fondu hər il olduğu kimi, bu dəfə də 9 May - Qələbə Günündə Böyük Vətən müharibəsi veteranları ilə birgə olub. Koronavirus pandemiyası ilə əlaqədar Qələbə Gününün 75-ci ildönümü təntənəli bayram tədbirləri ilə qeyd olunmadığından veteranlarımız bu il fərqli formatda təbrik edilib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın...