Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə 9-cu “Azərbaycan ailəsi 2017” film festivalına start verilib. 2009-cu ildən etibarən həyata keçirilən və beynəlxalq xarakter daşıyan “Azərbaycan ailəsi” film festivalının və festival çərçivəsində keçirilən “Həyatdan şəkilə” adlı fotomüsabiqənin əsas məqsədi...
Martın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Fondu tərəfindən Saatlıda inşa edilmiş 100 yerlik körpələr evi-uşaq bağçasının açılışında iştirak edib. Heydər Əliyev prospektində yerləşən körpələr evi-uşaq bağçasında inşaat işləri 2015-ci ilin mayında başlanılıb və 2016-cı ilin dekabrında başa çatdırılıb. İkimərtəbəli binanın ümumi sahəsi 942,6 kvadratmetrdir...
17 mart 2017
Martın 17-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Qonaqları Azərbaycanda salamlayan Mehriban Əliyeva ölkələrimiz arasında əlaqələrin bir çox sahələri əhatə etdiyindən...