4 noyabr 2015
Noyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şəki şəhərində inşa olunmuş 160 yerlik körpələr evi-uşaq bağçasının açılışında iştirak edib. Məlumat verilib ki, körpələr evi-uşaq bağçasının inşasına ötən ilin dekabrında başlanılıb və tikinti işləri yüksək səviyyədə başa çatdırılıb. Ümumi sahəsi 3490 kvadratmetr...
Noyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə Zaqatala şəhərində inşa edilmiş “Qızılgül” körpələr evi-uşaq bağçasının açılışında iştirak edib. Ümumi sahəsi 1280 kvadratmetr olan ikimərtəbəli bina 100 uşaq üçün nəzərdə tutulub. Körpələr evi-uşaq bağçasında 5 qrup fəaliyyət göstərəcək, 28 pedaqoji işçi çalışacaq...
2015-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərdə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 14 saylı Xəzər seçki dairəsindən irəli sürülmüş Mehriban Əliyeva seçicilərin 96,7% (38 029 səs) səsini toplayaraq deputat seçilib. Qeyd edək ki, 2005 və 2010-cu illərdə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərdə...
Heydər Əliyev Fondu Buxarestin “Kolektiv” klubunda baş verən yanğından xəsarət alanlara yardım göstərib. Plastik cərrahiyə və yanıqlar təcili yardım klinik xəstəxanasına tərtib edilmiş siyahı üzrə dərmanlar alınaraq verilib. Rumıniyanın səhiyyə naziri Nikolae Baniçiou və xəstəxananın rəhbərliyi yanğından dərhal sonra göstərilən yardıma görə Heydər Əliyev Fonduna...
31 oktyabr 2015
Oktyabrın 31-də Moskvadakı Beynəlxalq Ticarət Mərkəzində Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) “RAGB: gənclərin layiqli gələcəyi naminə” mövzusunda VI Forumu keçirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-nin sədri Leyla Əliyeva Forumun işində iştirak edib. Foyedə RAGB-nin, IDEA (Ətraf mühitin qorunması naminə Beynəlxalq Dialoq)...