26 mart 2015
Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliçin 26 mart 2015-ci il tarixli Fərmanı ilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Serbiya qarşısında ictimai, mədəni və humanitar sahələrdə xüsusi xidmətlərinə görə Serbiya Respublikasının yüksək dövlət mükafatı – “Sreten” ordeni ilə təltif edilib...
18 mart 2015
Xalqımız Novruz bayramını böyük sevinclə qeyd edir. Bu əziz günlərdə şəhərimizin sakinləri və paytaxtımızın qonaqları Heydər Əliyev Mərkəzinin parkında maraqlı sərgilərlə tanış ola biləcəklər. Martın 18-də Heydər Əliyev Mərkəzinin parkında “Cracking Art” və “Səməni” Beynəlxalq İncəsənət Sərgisinin rəsmi açılış mərasimi keçirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti...
Martın 18-də Heydər Əliyev Sarayında “Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalının təntənəli bağlanış mərasimi keçirilib. Mərasimdə IV Beynəlxalq muğam müsabiqəsinin qalibləri mükafatlandırılıb. Festival martın 11-dən 18-dək Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən reallaşıb...
Martın 17-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində Abşeron rayonunun Masazır qəsəbəsində yeni uşaq bağçası istifadəyə verilib. Açılış mərasimində Abşeronla qardaşlaşan Misirin Qalubiyyə vilayətinin qubernatoru Məhəmməd Əbduzzahirin başçılıq etdiyi nümayəndə heyəti də iştirak edib...
17 mart 2015
Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən keçirilən “Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalı çərçivəsində Azərbaycan Milli Konservatoriyasında təşkil olunmuş IV Beynəlxalq muğam müsabiqəsinə martın 17-də yekun vurulub. Solo muğam ifaçılığı üzrə 1-ci, 2-ci və 3-cü yerlərə iki nəfər...