16 yanvar 2014
Azərbaycanın Yaponiyadakı səfirliyinin və “İRS-Isan” jurnalının redaksiya heyətinin birgə təşkilatçılığı ilə “İrs” jurnalının yapon dilində növbəti nömrəsi nəşr edilib. Jurnalda Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Mehriban Əliyevanın Qarabağ muğam məktəbi haqqında məqaləsi oxuculara təqdim olunur. Məqalədə muğam sənəti, Azərbaycan muğam məktəbi...
13 yanvar 2014
Yanvarın 13-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin rəhbəri Leyla Əliyeva Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının (UNEP) Keniyanın paytaxtı Nayrobidəki mənzil-qərargahında olub. 1972-ci ildə BMT Baş Məclisinin qətnaməsi əsasında yaradılan UNEP-in məqsədi indiki...
8 yanvar 2014
Göyçay Rayon Şahmat Məktəbində Heydər Əliyev Fondunun təşəbbüsü ilə aparılan əsaslı təmir və yenidənqurma işləri başa çatdırılıb. Ümumi sahəsi 360 kvadratmetr olan birmərtəbəli məktəb binasında əsaslı təmir və yenidənqurma işlərinə keçən il başlanılmışdı. Ötən müddətdə binanın mansart tipli ikinci mərtəbəsi tikilib və məktəbin ümumi sahəsi 600 kvadratmetrə çatdırılıb...
31 dekabr 2013
Heydər Əliyev Fondu “Buta” sarayında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində uşaqlar üçün ənənəvi bayram şənliyi təşkil edib. Şənlikdə uşaq evləri və internat məktəblərinin yetirmələri, sağlamlıq imkanları məhdud olan, şəhid, qaçqın və məcburi köçkün ailələrindən uşaqlar, eləcə də təhsildə fərqlənən məktəblilər iştirak edirlər...