16 sentyabr 2013
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şabran rayonunun Gilavar kəndində 100 şagird yerlik yeni məktəb binası inşa edilib. Ümumi sahəsi 963 kv. metr olan birmərtəbəli məktəbdə 8 sinif otağı, laboratoriya, kitabxana və kompüter otağı yeni tədris vəsaiti, zəngin ədəbiyyat və müasir avadanlıqlarla təchiz olunub. İdman zalı və şahmat otağı ilə yanaşı, məktəbin həyətində futbol və basketbol...
12 sentyabr 2013
Sentyabrın 12-də Qaradağ rayonu Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Heydər Əliyev Fondunun təşəbbüsü ilə aztəminatlı ailələrin uşaqlarına məktəbli formaları təqdim olunub. Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrdən söz açıb, rəhbərlik etdiyi rayonda bir çox məktəb binalarının...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 10-da Bakı Oksford məktəbinin Şəmkir filialı ilə tanış olub. Heydər Əliyev Fondunun “Təhsilə dəstək” layihəsi çərçivəsində 2010-cu ilin noyabrında fəaliyyətə başlamış Bakı Oksford məktəbinin Şəmkir filialında hazırda 231 şagird təhsil alır. Məktəbin məzunları Azərbaycan Respublikasının attestatı ilə...
10 sentyabr 2013
Sentyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəmkirdə Bakı Oksford Məktəbinin Uşaq Akademiyasının açılışında iştirak edib. 80 yerlik Akademiya Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunub. Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi. Bildirildi ki, binanın tikintisinə ötən ilin mayında başlanılmışdı. İşlər bu ilin iyununda başa çatdırılıb...
4 sentyabr 2013
Heydər Əliyev Fondunun 10 ildir həyata keçirdiyi “Təhsilə dəstək” layihəsi çərçivəsində növbəti aksiya gerçəkləşdirilib. Aksiya 2013-2014-cü dərs ili ərəfəsində respublikanın müxtəlif bölgələrində ilk dəfə məktəbə gedəcək qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərini əhatə edir. Artıq onlar üçün nəzərdə tutulmuş 15 minə yaxın çanta və dərs ləvazimatı məktəblərə...