Martın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Salyanda Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilmiş Uşaq Texniki Yaradıcılıq Mərkəzinin açılışında iştirak etmişdir. Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi. Məlumat verildi ki, Salyan Uşaq Texniki Yaradıcılıq Mərkəzi 1985-ci ildən uyğunlaşdırılmamış binada fəaliyyət göstərirdi. Ötən ilin martından Heydər Əliyev Fondunun ...
Azərbaycanda səfərdə olan Moskva Xarici Ədəbiyyat Kitabxanasının bir qrup üzvü martın 13-də Heydər Əliyev Fondunda olmuşdur. Qonaqlara Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə yaradılmış Fondun məqsədi və fəaliyyəti barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, Fond ulu öndər Heydər Əliyevin zəngin irsini öyrənir və təbliğ edir, müxtəlif sosial–iqtisadi, humanitar ...
12 mart 2012
Azərbaycan Respublikasında rəsmi səfərdə olan Xorvatiya Respublikasının Prezidenti İvo Yosipoviç və xanımı Tatyana Yosipoviç martın 12-də Heydər Əliyev Fondunda olmuşlar. Xorvatiya dövlətinin başçısını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva qarşıladılar. Ali qonağa və xanımına Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə yaradılmış Fondun məqsədi və ...
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva martın 12-də Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun xanımı Sare Davudoğlu ilə görüşmüşdür. Qonağı Heydər Əliyev Fondunda görməkdən məmnun olduğunu bildirən Mehriban xanım Əliyeva qardaş Türkiyənin Azərbaycan üçün önəmini vurğuladı. İlk dəfədir ki, ölkəmizə səfər etdiyini deyən Sare Davudoğlu ...
11 mart 2012
Martın 11-də Heydər Əliyev Fondunun dəstəyi ilə “Nizami” Kino Mərkəzində “Qafqazda sülh” beynəlxalq layihəsi çərçivəsində Avropa kinematoqrafçılarının birgə istehsalı olan “Sonu olmayan dəhliz” adlı sənədli filmin siqnal variantının təqdimatı olmuşdur. Təqdimat “Xocalıya ədalət” Beynəlxalq məlumat kompaniyası çərçivəsində keçirilmiş və Xocalı faciəsinin 20 illiyinə həsr olunmuşdur...