Xəbərlər

02.JPG

Heydər Əliyev Fondunun dəvəti ilə Azərbaycana səfərə gələn bir qrup buxarestli gənc noyabrın 3-də Fondla tanış olmuşlar. Qonaqlara Fondun vəzifələri və fəaliyyəti barədə məlumat verilmişdir. Bildirilmişdir ki, əsas məqsədi ulu öndərin zəngin irsinin öyrənilməsi və təbliği olan Fond uşaq və gənclərin sağlam, milli mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişməsi işinə xidmət edir...

3 edit.JPG

Oktyabrın 29-da Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Ağsu şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunacaq Uşaq-Gənclər Bədii Yaradıcılıq Məktəbinin təməlqoyma mərasimində iştirak etmişlər. Dövlətimizin başçısına məlumat verildi ki, Ağsu şəhər Uşaq-Gənclər Bədii Yaradıcılıq Məktəbinin tikintisi üçün 560 kvadratmetr torpaq sahəsi ayrılmışdır...

IMG_4319.JPG

Oktyabrın 28-də Moskvada, “Yunost” mehmanxanasında Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri Leyla Əliyevanın Moskvanın və Rusiya regionlarının ali təhsil məktəblərinin azərbaycanlı birinci kurs tələbələri ilə görüşü olmuşdur... 

3.JPG

Azərbaycanda uşaqların müdafiəsi sahəsindəki nəcib fəaliyyətinə görə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya YUNİSEF-in xüsusi mükafatı təqdim edilmişdir. BMT-nin Uşaq Fondunun Azərbaycandakı nümayəndəsi Mark Herevard mükafatı təqdim edərək dedi: - Hörmətli Mehriban xanım, mən çox böyük ...

1.JPG

Oktyabrın 22-də Bakıda, “Gülüstan” sarayında Azərbaycanda Uşaq ilinə və BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının 20 illiyinə həsr olunmuş "Azərbaycanda uşaqların müdafiəsi islahatı" üzrə milli konfrans işə başlamışdır. Azərbaycan hökuməti, Heydər Əliyev Fondu və BMT-nin Uşaq Fondunun (YUNİSEF) və “Azercell” şirkətinin təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycanın birinci ...