Xəbərlər

Xocalı faciəsinin 16-cı ildönümü ilə bağlı fevralın 26-da Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyində anma mərasimi keçirilmişdir. Tədbirdə Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin, Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər Assosiasiyasının, Rumıniya-Azərbaycan Sənaye və Ticarət Palatasının üzvləri, ARDNŞ-in Rumıniya nümayəndəliyinin əməkdaşları, Rumıniyada ...

0_edit.jpg

Fevralın 26-da Azərbaycan Prezidenti İlham Əliyevin Polşaya rəsmi səfəri çərçivəsində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Varşavada eşitmə və danışma qabiliyyətindən məhrum olanlar üçün beynəlxalq mərkəzlə tanış olmuşdur. Azərbaycanın birinci xanımına beynəlxalq mərkəz, burada yaradılan şərait, eşitmə ...

Heydər Əliyev Fondu və Azərbaycanın Türkiyədəki səfirliyi Xocalı soyqırımının 16-cı ildönümü münasibətlə Ankarada tədbirlər keçirmişlər. Fevralın 25-də Ankaranın Keçiörən rayonundakı Esterqon qalasında soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyulmuşdur. Səfir Zakir Həşimov və Keçiörən bələdiyisinin sədri Turqut Altınok Xocalı soyqırımı qurbanlarının xatirəsinə qoyulmuş ...

01_NIDERLAND - XOCALI SOYQIRIMI - ABIDA .JPG

Fevralın 24-də Haaqada Niderlandda fəaliyyət göstərən Holland-Azərbaycan Türk Dərnəyinin təşəbbüsü və Azərbaycan Respublikasının Niderlanddakı səfirliyi, Azərbaycan Respublikasının Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun dəstəyi ilə Xocalı soyqırımı şəhidlərinə həsr olunan ilk abidənin, diaspor təşkilatlarının toplantısı və rəsm sərgisinin açılış ...

Fevralın 24-də Berlində “Xocalı soyqırımı və 1915-ci il hadisələrindəki gerçəklər” adlı elmi konfrans keçirilmişdir. Heydər Əliyev Fondunun, Azərbaycanın Almaniyadakı səfirliyinin, Qarsdakı Baş konsulluğunun və İğdır bələdiyyəsinin təşkilatçılığı ilə keçirilmiş konfransı ölkəmizin səfiri Pərviz Şahbazov və İğdır bələdiyyəsinin sədri Nurəddin Araz açmışlar...