Xəbərlər

2.jpg

Rumıniya Prezidenti Trayan Besesku oktyabrın 12-də Heydər Əliyev Fondunda olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Rumıniyanın dövlət başçısını böyük səmimiyyətlə qarşıladılar. Prezidentlər və Rumıniya nümayəndə heyətinin üzvləri əvvəlcə Fondun fəaliyyətinə, həyata keçirdiyi layihələrə həsr edilmiş sənədli filmə baxdılar...

1.JPG

Gürcüstan Prezidenti Mixail Saakaşvilinin xanımı Sandra Elizabet Rulofs oktyabrın 9-da Heydər Əliyev Fondunda olmuşdur. Azərbaycan Prezidentinin xanımı Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva xanım Sandra Elizabet Rulofsu böyük səmimiyyətlə qarşıladı. Gürcüstan Prezidentinin xanımı və onu müşayiət edən şəxslər əvvəlcə ...

24_PREZIDENT - SAFAR - QUBA - QACHRASH ORTA MAKTABI.jpg

Quba rayonunda səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 7-də İbrahim Şahmərdanov adına Qəçrəş kənd orta məktəbinə gəldi. Burada Prezident İlham Əliyevi və xanımını böyük hörmətlə, səmimiyyətlə qarşıladılar, onlara gül dəstəsi təqdim olundu. Məktəbin direktoru Səmayə Məhərrəmova Prezident İlham Əliyevə məlumat verdi ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan ...

RUSIYA ELMLER AKADEMIYASI HEYDER ELIYEV FONDUNDA.jpg

Rusiya Elmlər Akademiyasının vitse-prezidenti Aleksandr Andreyevin başçılıq etdiyi nümayəndə heyətinin üzvləri oktyabrın 7-də Heydər Əliyev Fondunda olmuşlar. Səmimiyyətlə qarşılanan qonaqlara Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun məqsədlərindən danışıldı. Bildirildi ki, Fondun əsas məqsədləri görkəmli siyasi xadim Heydər Əliyevin ...

Sentyabrın 30-da Balakən rayonunda Heydər Əliyev Fondunun həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində inşa edilən 120 yerlik yeni məktəb binasının, habelə regionların sosial-iqtisadi inkişafı Dövlət proqramına uyğun olaraq, tikilən 240 yerlik texniki-humanitar təmayüllü liseyin, Tarix-diyarşünaslıq muzeyinin yeni binalarının təntənəli...