Xəbərlər

02_MEHRIBAN XANIM - ZAQATALA ORTA MAKTAB.jpg

Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin şimal-qərb bölgəsinə səfəri çərçivəsində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva məktəblərdə və uşaq evində olmuşdur. Aprelin 12-də Zaqatala şəhər 1 nömrəli orta məktəbinə gələn Fondun prezidentini müəllimlər, məktəblilər böyük hörmətlə, doğma və yaxın adamları kimi ...

Aprelin 11-də MDB ölkələri Yəhudi İcmaları Federasiyasının prezidenti Lev Levayevin rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri Heydər Əliyev Fondunda olublar. Nümayəndə heyətinin üzvlərinə ümummilli liderimizin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən fotoşəkillər barədə ətraflı məlumat verilib...


Yevlax rayonunun Duzdağ kəndində yeni məktəb binası istifadəyə verilmişdir. Bina ABŞ-ın "Uşaqların xilası" beynəlxalq humanitar təşkilatının maliyyə dəstəyi ilə inşa olunmuşdur. Rayon təhsil şöbəsindən bildirmişlər ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramı çərçivəsində Hacıselli kəndində 200 yerlik, Nəmirli kəndində isə 100 yerlik yeni məktəb binaları tikilmiş ...

002.jpg

Ümummilli liderimiz Heydər Əliyev tərəfindən 1994-cü il sentyabrın 16-da imzalanmış "Auditor xidməti haqqında" Qanuna uyğun olaraq, müstəqil maliyyə nəzarəti orqanı kimi yaradılmış Azərbaycan Respublikası Auditorlar Palatasının fəaliyyətə başlamasının 10 ili münasibətilə qurumun əməkdaşları ulu öndərin şəxsiyyətinə hörmət və ehtiramlarını bir daha ifadə etmək üçün aprelin 6-da Heydər Əliyev ...

001.jpg

Aprelin 6-da Heydər Əliyev Fondunda "Yeniləşən Azərbaycana yeni məktəb" proqramının ikinci mərhələsinin təqdimatına həsr olunmuş "dəyirmi masa" keçirilmişdir. Respublika hökumətinin, xarici ölkələrin səfirliklərinin, beynəlxalq humanitar təşkilatların və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirak etdikləri tədbiri Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı ...